“Günahsız insanların qətlinə göz yumulmamalıdır” – İLHAM ƏLİYEV

“Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Twitter” səhifəsində yazıb.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Etikxeber.az

Read Previous

İyulun 4-də tökülən qana görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür – MURADOVA

Read Next

“Lukaşenko təəssüfünü ifadə etdi…” – BAHAR MURADOVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir