“Güneydə hamının qəbul etdiyi liderə ehtiyac var” – POLİTOLOQ BU QƏNAƏTDƏDİR

 “İrandakı hadisələr Güney Azərbaycan mövzusunu aktuallaşdıra bilərmi? Birincisi, bu suala cavab vermək üçün İrandakı hadisələrin başlanma səbəblərini daha dərindən təhlil etmək və gələcək inkişaf proqnozlarını müəyyənləşdirmək lazımdır. İkincisi, İranda öz haqları uğrunda mübarizə aparan azərbaycanlıların bu hadisələrə reaksiyası hələ ki, yekdil deyil”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Təbrizəki və xaricdəki güneylilərlə əlaqə saxlayıb yuxarıdakı suala cavab tapmağa çalışdım. Bəziləri deyir ki, “azərbaycanlılar da başlasınlar kütləvi etirazlara və gələcəkdə haqq paylarını almağa müvəffəq olsunlar”, daha böyük qismi isə deyir ki, “bu , farsların öz aralarındakı oyunudur, bu oyunda alət olub güclərimizi itirməyək”-deyən politoloqun sözlərinə görə, hər iki tərəfin mövqeyində güclü və zəif arqumentlər var.

“Mənə qaldıqda İrandakı son proseslərin bu ölkənin dəyişikliyə hamilə olduğu qənaətindəyəm. Əgər belə olacaqsa İranda yaşayan azərbaycanlılar da bu proseslərdən kənarda qala bilməyəcək və öz haqları uğrundakı mübarizəni istər-istəməz gücləndirəcəklər. Ancaq güney azərbaycanlılarla təmasda olduğum uzun müddətdə gəldiyim mənfi nəticə də var.

elxan-1

Çox təəssüf ki, hamısının tələbi eyni olsa da, çoxu bir-birini qəbul etmir, bir-birlərinə düşmən kəsilir, hətta bir-birinə qarşı “o, İranın agentidir” kimi ağır ittihamlar da səsləndirirlər. Bu cür durum elə Tehranın maraqlarına cavab verir. Əlbəttə, hamı eyni cür düşünə bilməz, ancaq İranda güney azərbaycanlıların uğur qazanmasının yolu vahid ideya ətrafında birləşmədən gedir.

Hədəfə çatdıqdan sonra fikir ayrılığının dərinləşməsi anlaşılandır. Ancaq ortada hələ heç nə yox ikən bir-birinə qarşı mübarizə aparmağın mənası yoxdur. Bəlkə də güneydə hamının qəbul etdiyi liderə ehtiyac var”-deyə, E. Şahinoğlu sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mindən artıq avtomobilə od vuruldu…

Read Next

İran qan içində- DAHA 9 NƏFƏR ÖLDÜRÜLDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir