“Günlərlə əlimizdə pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik” – MİLLƏT VƏKİLİ

Millət vəkli valyutadəyişmə mənətəqlərinin yenidən bərpa olunmasını təklif edir.
 Etikxeber.az  xəbər verir ki, belə bir təkliflə millət vəkili Elmira Axundova Milli Məclisdə (MM)  büdcə müzakirələri zamanı çıxış edib.
 Onun sözlərinə görə, bu gün ölkədə “qara bazar” tüğyan edir.
“Günlərlə əlimizdə pulu valyutaya  dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki. valyutadəyişmə mənətələri  bərpa edilsin.
Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə   qapadıldı? Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”– deyə, millət vəkili vurğulayıb.
 Millət vəkili hesab edir ki,  valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir:
“Odur ki, hökumət  vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir”.
Etikxeber.az

Read Previous

Səmra prezidentin qızı ilə – FOTO

Read Next

Deputat qarğış etdi: “Kim cənab Prezidentə kömək etmirsə…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir