“Günümüzün qəhrəmanları olan səhiyyə işçilərimizin zəhmətləri, əməkləri hədər getməyəcək və…”-MİLLƏT VƏKİLİ

Dünyanı cənginə almış, böyük maddi və mənəvi fəsadlar törətmiş, o cümlədən, ölkəmizdən də yan keçməmiş koronavirus pandemiyasına qarşı mübarizəyə belə demək mümkünsə, hər kəs səfərbər olunub. Hər kəs bu bəlanın qarşısının alınması, ölkəmizdən birdəfəlik dəf olub getməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır-kimisi bir az çox, kimisi bir qədər az…Ancaq bu mübarizədə iki sahənin işçiləri-səhiyyə, tibbi işçiləri və polislər, daxili işlər orqanlarının əməkdaşları xüsusi yerə və rola malikdirlər. Hər iki sahənin əməkdaşları gecələrini-gündüzlərinə qataraq, bütün əziyyətlərə qatlaşaraq, günlərlə, həftələrlə, aylarla ailələrinin üzünə həsrət qalaraq, insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyinin, sağlamlığının təmin edilməsi üçün əllərindən gələn hər şeyi edirlər. Yənİ,həm polislərimiz, həm də səhiyyə işçilərimiz günümüzün əsl qəhrəmanlarıdır. Onlar bu aylarda qəhrəmanlıq səlnaməsi yaradırlar.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili deyib ki, bu qəhrəmanlıq, bu şücaət, bu zəhmət, bu əmək dəfələrlə də ölkə rəhbərliyi, dövlət başçısı İlham Əliyev və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vuğrulanmış, xüsusi minnətdarlıq hissi ilə qeyd edilmişdir.

“Hətta, bir neçə gün öncə 3 modul tipli xəstəxanın açılış mərasiminin sonunda ölkə başçısının təklifi ilə səhiyyə işçilərinin fədakarlığı bir daha ayaq üstə alqışlarla qeyd edilmişdir. Həmçinin, bir neçə dəfə üzvü olduğum Milli Məclisdə-hörmətli sədrimiz Sahibə xanım Qafarovanın təklifi və təşəbbüsü ilə səhiyyə, o cümlədən, polis işçiləri, hərbçilərimiz millət vəkilləri tərəfindən ayaq üstə alqışlanmışlar. Bununla bağlı hətta Milli Məclisin xüsusi videoçarxı hazırlanaraq, ictimaiyyətə təqdim edilmişdir. Bu, bizim onların əməyi, fədakarlığı qarşısında mənəvi borcumuzdur. Çox sevindirici və əlamətdar haldır ki, səhiyyə işçilərinə diqqət və qayğı bunlarla bitməmiş, onların maaşlarına, əmək haqlarına əlavələr, artımlar edilmişdir. Eyni zamanda, onların əməyi, zəhməti yüksək şəkildə qiymətləndirilərək, ölkənin ali mükafatları, fəxri adları və medalları ilə təltif edilmişdir. Elə bu gün, saatlar öncə ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı iki Sərəncama imza atmışdır. Həmin sərəncamlarla səhiyyə işçiləri “Əməkdar həkim”, “Əməkdar tibbi işçisi” fəxri adları, eləcə də, “Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Bunlar bir daha Azərbaycan dövləti və dövlət başçısı tərəfindən Azərbaycan səhiyyəsinə, tibbi işçilərinə, onların əməyinə, zəhmətinə verilən dəyərin, qiymətin növbəti bariz nümunəsidir. Bunun özü həm də bu çətin və həssas günlərdə səhiyyə işçilərinə mənəvi bir stimuldur. Odur ki, fəxri adlar almış, medallarla təltif olunmuş dəyərli səhiyyə-tibb işçilərini, dəyərli həkimlərimizi təbrik, onlara xüsusilə, son aylardakı çəkdikləri, əsirgəmədikləri zəhmətlərinə görə minnətdarlğımı ifadə edir, hər birinə işlərində uğurlar, can sağlığı və üzləşdiyimiz bəlanın tezliklə aradan qaldırımasında növbəti töhfələrini vermələrini arzulayıram. Eyni zamanda, bu amansız, gizli düşmənlə mübarizədə həyatlarını qurban vermiş həkimlərimizə, tibbi işçilərinə Allahdan rəhmət diləyir, yaxınlarına səbr diləyirəm. İnanıram və əminəm ki, onların zəhmətləri, əməkləri, fədakarlıqları hədər getməyəcək, tezlikllə və elliklə bütün qayda və qərarlara, karantin şərtlərinə, həkimlərimizin çağırışlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etməklə, bu bəladan xilas olacağıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Artıq biganəliyə, məsuliyyətsizliyə yer yoxdur, koronavirus bəlasına çox ciddi yanaşmalı, deyilənlərə sözsüz əməl etməliyik”-JALƏ ƏLİYEVADAN ÇAĞIRIŞ

Read Next

“Üzü payıza gələcək ikinci dalğa pis sürprizləri önümüzə çıxaracaq…”-DEPUTATDAN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir