Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq – SOCAR

Günün ikinci yarısından etibarən neftçilərin özüllərə qaytarılmasına başlanacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Dəniz özüllərində vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyə edilmiş əməkdaşlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcək”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə dəniz özüllərində qasırğanın şiddəti 144 kilometr/saat (40 metr/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

Xatırladaq ki, yanvarın 16-dək SOCAR hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500-dək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Etikxeber.az

Read Previous

Yazılı abidələr və kabel şəbəkəsi yayımı ilə bağlı yeni qanunlar olacaq…

Read Next

TEHRANIN QARABAĞ SİYASƏTİ DƏYİŞİR, YOXSA, BU, TAKTİKİ GEDİŞDİR? – Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir