Gürcüstan Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilən IV Qlobal Bakı Forumda da iştirak edib.

Etikxeber.az

Read Previous

Çamadandan “beşbarmaq” çıxdı

Read Next

“İkinci bahar” yaşamağı düşünməmişəm…” – DEPUTAT ŞƏXSİ HƏYATINDAN DANIŞDI – FOTO – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir