Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edilib – SOCAR-ın vitse-prezidenti

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 715,9 milyon kubmetr təbii qaz ixrac edib.

Etikxeber.az xəbər verir ki, bu barədə “naturalgasworld.com”a müsahibəsində SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

“Hesabat dövründə İrana 167,3 milyon kubmetr təbii qaz ixrac olunub. İran əldə etdiyi Azərbaycan qazının 15 faizini svop haqqı kimi götürür, qalan qaz həcmlərini isə öz ərazisi ilə qaz tələbatının ödənilməsi üçün Naxçıvan Muxtar Respublikasına göndərir”- deyə, SOCAR-ın vitse-prezidenti qeyd edib.

Etikxeber.az

Read Previous

Bəstəkar Həsənağa Adıgözəlzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Read Next

Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb – “Azəravtoyol”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir