Gürcüstanda 25 nəfərin prezidentliyə namizədliyi qeydə alındı…

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb.

Etikxeber.az xəbərinə görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeldze sentyabrın 23-də keçirdiyi brifinqdə məlumat verib.

O, deyib ki, MSK oktyabrın 28-də keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda mübarizə aparmaq üçün namizədliyini irəli sürmüş 46 nəfərdən 25-nin namizədliyini təsdiq edib. Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6-nın isə namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Mikeladzenin sözlərinə görə, prezidentliyə namizədlər seçkilərə 12 gün qalanadək (oktyabrın 16-dək) namizədliyini geri götürə bilərlər. Əks halda onların adları seçki bülletenlərində qeyd olunacaq.

gurcu-2

MSK müxtəlif qanun pozuntusuna yer verdiyi üçün 21 nəfərin namizədliyini təsdiq etməyib.

Prezidentliyə namizədlər sırasında David Bakradze (“Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat”), Mixail Saluaşvili (Ədalətin bərpası -“Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”), Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), Salome Zurabişvili (seçicilərin təşəbbüs qrupu, hakim partiyanın dəstəklədiyi namizəd), İrakli Qorqadze (Gürcüstanın Azadlığı Uğurunda Hərəkat), David Usupaşvili (Azad Demokratlar), Zurab Caparidze (Qirçi) və digərləri var.

Etikxeber.az

 

Read Previous

Bakı az qala suyun “altında” qaldı… – YENİLƏNİB – (1)

Read Next

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir