“Guya, işğalçılar bunu başa düşmürlərmi?”-MM-İN KOMİTƏ SƏDRİ

Əgər dövlət ön cəbhəyə yaxın ərazidə müəssisələr açırsa, bu, özgüvəndir, ordumuzun qüdrətinə əminliyin ifadəsidir, gələcək planların bu günə inikasıdır. Düşmənin qeyri-qanuni məskunlaşma siyasəti, qeyri-qanunu tikintiləri heç bir perspektiv vəd etmir və onların qarantiyası yoxdur, ola da bilməz. Ancaq biz doğma torpaqlarımızda dövlətimizin qüdrətinə və ordumuza güvənərək bu işləri görürük, görəcəyik.

Etikxeber.az-ın xəbərinə görə, bunu mətbuata açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Guya, işğalçılar bunu başa düşmürlərmi? Guya, işğalçılar həqiqi statistikaya, ordularının psixoloji durumuna, təminatına, əsgərlərlə komplektləşdirmə problemlərinə bələd deyillərmi? Buna qarşılıq ortada iqtisadiyyatı, ordusu, vətənpərvər gəncliyi, haqq işə inanan əhalisi ilə Azərbaycan var. Biz, mütləq qalib gələcəyik. Bizim işimiz haqq işidir, bizdə dövlət-xalq birliyi mövcuddur və işğalçılardan fərqli olaraq, siyasi qibləmiz öz ölkəmizdədir, xərclərimizi özümüz qarşılayırıq”-deyən MM-in komitə sədri bildirib ki, ona görə Prezidentin özünün də vurğuladığı kimi, işğalçılar da, o torpaqları öz güclərinə işğalda saxlamadıqlarının, tutduqları yanlış yoldan nə qədər tez çəkilsələr, bunun məhz özlərinin xeyrinə olduğunu idrak etməlidir.

“Yoxsa, Paşinyanın iki gündən bir əyninə hərbi səhra geyimi geyib Şuşaya, Xankəndinə gəlməsi ilə, oğlunu Qarabağa xidmətə göndərməsi ilə, torpaqlarımızı işğal altında saxlamaqla “demokrat qiyafəsi”ni də qorumağa çalışması, üstəlik, həyat yoldaşının da qeyri-səmimi sülh çağırışları etməsi həqiqətdən çox uzaqdır…”-deyə, Q. Paşayeva mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bir çox mənasız proqramların yerinə kinonun inkişafı ilə bağlı ciddi proqram qəbul edilib icraya yönəlməliydi…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının üzvüyəm və əmin etmək istəyirəm ki…”-ƏMİNƏ AĞAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir