“Güzəştli limitlərin artırılması Prezidentin xalq naminə fəaliyyətinin göstəricisidir” – DEPUTAT

“Ölkə Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər həmişə xalqın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bu baxımdan, heç şübhəsiz ki,  təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının bu fəaliyyətinin əyani sübutu, bariz nümunəsidir”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu tapşırığı insanların rifahına xidmət edir

“Cənab Prezident həmişə insanların sosial problemlərinə diqqətlə yanaşıb. Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər insanları düşündürən vacib məsələlərdən biridir. Dövlət başçısı  tərəfindən bu addımın atılması ictimaiyyət tərəfindən rəğbətlə və yükək əhval-ruhiyyə ilə qarşılanır”-deyən  deputat qeyd edib ki, İ. Əliyev əhalinin sosial müdafiəsini gücləndirmək üçün hər zaman lazımi tapşırıqlar verir:

“Prezidentin bu tapşırığı vətəndaşlara dəstəkdir. O, hər zaman xalqının yanında olduğunu, vətəndaşların maraqlarını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Doğrudan da xoşbəxt insanlarıq…” – ƏLİYEV

Read Next

Terrorçular sərnişin təyyarəsini qaçırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir