Həbs dalğası-XİN-ə-Məmmədyarova da-ÇATDI…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Etikxeber.az-ın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var”-VÜQAR BAYRAMOV

Read Next

“Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir… Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir