Həbsdən qurtulan Dəniz Səki belə dedi: “ÖZGÜRLÜK KİMİSİ YOX”

“Həyatda azadlıqdan-özgürlükdən böyük xoşbəxtlik yoxdur”.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu 2014-cü ildən bu ilin iyun ayına kimi həbs həyatı yaşayan tanınmış ifaçı Dəniz Səki deyib.

“İnsan azadlıqda olanda onun, əlinin altında olanların dəyərini, qiymətini bilmir və ya gec anlayır. Eyni zamanda, əlinin altında hər şey var, xoşbəxt deyilsən, çünki azadlığın yoxdur. Həbsxana həyatı da belədir. Həbsxanada özünü boş hovuza atılmış balıq kimi hiss edirsən. Ona görə özgürlük kimisi yox”-deyən Səki həbsə atılmaqla, çox ağır bədəllər ödədiyini də bildirib:

“Çox ağır bədəllər ödədim. Özü də haqq etmədiyim çox ağır bədəllər…”.

O, eyni zamanda, həbsdə olduğu dövrdə ən böyük dəstəkçisinin sevgilisi-iş adamı Faruk Salman olduğunu bildirib:

“Bir an olsun belə, məni unutmadı. Ən böyük dəstəkçim oldu…”

Etikxeber.az

 

Read Previous

“Türkiyəyə döndüyüm üçün özümü çox xoşbəxt sayıram” – HÜLYA KOÇİGİD

Read Next

Əliyev Kolla bağlı Merkelə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir