Nazir müavini: Hər gün 10 minlərlə fermer qeydiyyatdan keçir
Ölkəmizdə elektron kənd təsərrüfatı informasiya sistemi qurulub. Hər gün 10 minlərlə fermer qeydiyyatdan keçir. Hədəf odur ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun.
Etikxeber.az-ın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, bizim fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də çox deyil.
“Bunu qəbul etməliyik. Hazırda müasir dünyanın gedişatı, bir çox başqa amillər tələb edir ki, elektron alətləri bu sahədə də istifadə edək”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az