Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əgər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür.
Etikxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Eliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.
Z.Əliyevin bildirdiyinə görə, ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin:
“Bu, həm də qeydə alınan ölüm faktının ağırlığı dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə, tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komissiyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəza və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun.Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”. Z.Əliyevin sözlərinə görə, elə hadisələr olub ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirilir və onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.
Z. Əliyev sonra bildirib ki, gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Z. Əliyevin bildirdiyinə görə, hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar: “Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”. Sədr qeyd edib ki, növbəti yeniliklərdən biri də Agentliyin “Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidmətinin “myGov” portalına inteqrasiya olunması ilə bağlıdır: “Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər”. Z.Əliyevin dediyinə görə, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil: “Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək. Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq”.
Daha sonra “Regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. Bunu bilirik”-deyən Z. Əliyev bildirib ki, Agentliyin səlahiyyətləri məhdudur: “Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə, müayinə aparmaqda çətinlik çəkirlər”.
***
Z. Əliyev eyni zamanda bəyan edib ki, bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırlar. Hazırda da bununla bağlı təhlillər aparılır:
“Hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Həkimləri regionlara ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik”. Agentlik rəhbəri qeyd edib ki, Türkiyədə oxuyan tələbələrlə də əlaqə saxlanılıb. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb: “Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa çalışırlar. Təəssüf ki, bu gün regionlarda həkim çatışmazlığı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından onlara regionların mərkəzi xəstəxanalarında çalışmaları üçün həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Artıq bir qrup tələbə ilə danışıqlar aparılıb”.
Etikxeber.az