“Həkimlərə vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var…”-DEPUTAT NARAZILIQ ETDİ

Vətəndaşların çarəsiz durumuna, bu istidə evə məcburiyyət qarşısında qapanmalarına, xəstəliyin də bir yandan canlar almasına, həkimlərin fədakarlıq və əziyyətlərinə, hökumətin vəziyyətdən çıxmaq üçün yollar axtarmasına, insanların sosial vəziyyətinin ağırlaşmasına çox üzülürəm.İndi bu işlərin sonu nə olacaq axı? Vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdır. O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.

Bildirib ki, çox çətinliklər var. Dövlətin bütün gücünü, resursunu vətəndaşların sağlamlığına, sosial güzəranının yaxşılaşmasına sərf etmək üçün yeni mənbələr lazımdır.

“Əlavə ehtiyatlarımız nə varsa, gərək cəlb edək.Həkimlərimiz belə həyatlarını itirirlər, yoluxurlar, ailələrindən təcrid olunmuş yaşayırlar. Çox həkimlə ünsiyyətim olur. Onlar deyir ki, onlara vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var. Həyatlarını risqə atan həkimlərə sosial yanaşma olmalıdır. Gərək aldıqları əmək haqqı və sosial güzəştləri, mükafatları etdikləri risqə adekvat olsun. Amma, onların ciddi narazılığı var, həkimlərin vəkil etdikləri nümayəndələri qəbul edib dinləmək lazımdır. Mən həkimlərlə belə bir canlı onlayn konfrans keçirmək niyyətindəyəm ki, cəmiyyət onları dinləsin və aidiyyatı orqanlar da gərəkən addımları atsınlar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Rayon və şəhər rəhbərləri qarşılarında qoyulan tapşırıqları vaxtında və qüsursuz icra etməlidirlər”-BAŞ NAZİR – FOTO

Read Next

“Yerli imkanlar hesabına həll edilməsi mümkün olmayan məsələlərlə bağlı mərkəzi aparata müraciət edəcəyik…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir