“Həkimlər, təcili tibbi yardım maşınları doğrudan çatdırmır…”-VÜSALƏ MAHİRQIZI

Sosial mediada izlədiklərimiz, elə ÜST nümayəndəsi də daxil olmaqla edilən məsuliyyətsizliklər göstərir ki, ümid özümüzədir.

Xəstəxanalarda yataq sayı sürətlə azalır, nəzərə alaq ki, tibbi personal da sonsuz sayda deyil.

Təkcə sosial mediada hər kəs öz dostlarının yazdığı statuslara baxsa, artıq onlarla şəxsin doğmalarının, tanıdığının infeksiyaya yoluxduğunu yazdığını görəcək.

Həkimlər, təcili tibbi yardım maşınları doğrudan çatdırmır.

Ona görə də gerçəkdən ümid özümüzədir.

Özünün, doğmalarının sağlamlığının dəyərini bilən hər kəs məsafə saxlamalıdır, maska taxmalıdır, bacardıqca kütləvi yerlərdən və tədbirlərdən uzaq dayanmalıdır.

Hande Harmançıya, televiziyalardan, saytlardan sizə dərs keçən adamlara, inanmaya bilərsiniz, öz işinizdir, amma qonşuda qızdırma içində yanan Səkinə xalaya, oğlundan infeksiyaya yoluxub ölümcül vəziyyətdə nəfəs ala bilməyən Əli dayıya inanın.

Ailəsi karantində olduğu üçün cənazəsini təhvil verməyə uzaq qohumları gedən adamlar var.

Düşünün, son nəfəsini verən doğmanızın yanında deyilsiniz, onun son durumuna, nə istədiyinə şahidlik edə bilmirsiniz, son arzusunu belə eşitməkdən məhrumsunuz.

Şəxsən məni özümün yox, ata-anamın bu virusa məndən yoluxa bilməsi düşüncəsi daha çox qorxudur.

Onların atlatması çətin olar.

Adam bu əzabla sonra necə yaşayar? “Virus yoxdu”, “virus öldürmür” demək doğru deyil.

Var və buna laqeyd yanaşanda öldürür!

Vüsalə MAHİRQIZI,

Etikxeber.az

Read Previous

Milli Məclisin iki əməkdaşı-KORONAVİRUSA YOLUXDU -RƏSMİ

Read Next

“Paşinyan hökuməti gərgin duruma nəzarəti önəmli ölçüdə itirib və ölkə, məntiqi şəkildə, xaosa sürüklənir…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir