“Həkimlər Ülviyyənn sağalması üçün əllərindən gələni edir…” – QƏNİRƏ PAŞAYEVA

“Bu gün Milli Onkologiya Mərkəzində əziz həmkarımız Ulviyyə Həsənqızı nı ziyarət etdim,özü və həkimləri ilə xeyli söhbət etdim. İnşallah, Ülviyyə bu çətin günləri arxada qoyacaq xəstəliklə ciddi mübarizə aparacaq və qalib gələcək”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, daha sonra qeyd edib:

GANIRE

“Bu gün ona da söylədim indi ona daxili inam, psxoloji güc çox vacibdir və onda bu gücü hiss etdim və daha da artacağına əminəm. Xeyli söhbətləşdik. Həkimləri,tibb işçiləri ilə söhbətləşdik. Həkimlər Ülviyyənn sağalması üçün əllərindən gələni edirlər və edəcəklərini söylədilər. Böyük diqqət və sevgi ilə yanaşırlar ona. Milli Onkologiya Mərkəzinin rəhbərliyinə, Ülviyyəyə diqqət göstrən həkimlərə təşəkkürümü bidirirəm bir daha. Milli Onkologiya Mərkəzinin rəhbərliyi Ülviyyənin əməliyyat və müalicəsini öz üzərlərinə götürüblər.

Ülviyyə anasının tək övladıdır. Kirayədə yaşayır. İşsizdir bir neçə müddətdir və təbii ki dostların dəstəyinə bir müddət ailəsi üçün ehtiyac olacaq və inanırıq ki, dostları, həmkarları bu gün olduğu kimi onu yalnız qoymayacaq. Ülviyyəyə dəstək olan bütün jurnalistlər və sadə insanlara təşəkkürlər. Duasını əksik etməyənlərdən də. Sizin dəsətyiniz qədər dualarınız və sevginiz, diqqətiniz də onu xəstəliklə mübarizədə daha da gücləndirir. İnşallah, yaxın zamanlatda onu sağlam yenidən aramızda gözəl tədbirlərdə görəcəyik. Allah hər zaman yardımçısı olsun. Dualarımız onunladır”.

Ü. Həsənqızı da öz növbəsində “Facebook” səhifəsində bunları qeyd edib:

“Gözəl insanlar, əsl dostlar sag olsun. Bu gün əziz Qənirə xanım Paşayeva xəstəxanada məni ziyarət etdi. Onu gördüm və çox sevindim. Bütün işlərinin arasında mənə vaxt ayırdıgı üçün Qənirə xanıma sonsuz təşəkkür edirəm. Onun diqqəti, qaygısı indiki halımda dünyaya dəyər. Çox sag olsun. Minnətdaram!”

Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident Qubada bır sıra açılışlara qatıldı – YENİLƏNİB

Read Next

“Qanunsuz məşğulluq indi problemə çevrilib…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir