Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində yaralanmış qazi, Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı Elnur Rizvan oğlu Xəlilovla görüşüb
Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Qazinin sağlıq durumu, müalicəsinin gedişi və digər qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.
O, deyib:
“İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki haqq edən əziz qazimiz!Biz Sizə minnətdarıq! Siz Vətən Müharibəsi vaxtı Talış, “Ağuçuq”, Suqovuşan, Meşəli, “Gülstan qayası”… istiqamətlərində ağır döyüşlərdə olmusuz, cəsurluq göstərmisiz.2020-ci il, oktyabrın 13-də “Gülüstan qayası” çevrəsində ağır yaralanmısız. Həkimlərimizin şəfqəti sayəsində sağlamlığınızın getdikcə daha sürətlə bərpa olunmasını bilməkdən şadıq.
Bununla belə hələ də bədəninizdə qəlpələr qaldığını bilirik və inanırıq ki, dövlətimizin, həkimlərimizin şəfqəti, xalqımızın məhəbbəti sayəsində öz tam sağlamlığınıza qovuşacaqsız. Sizin kimi zabitlərimizlə hər zaman qürur duyuruq! Ali Baş Komandanımız Sizi “Cəsur döyüşçü” medalı ilə təltif edib.Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!
Qazi zabit Elnur Xəlilov səmimi qəbul və təbrik üçün Komitə sədrinə təşəkkür edib.Qəhrəman qaziyə komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, RHİM İB sədri Arzu Bağırova və tanınmış jurnalistlər Zərifə Bəşirqızı ilə Kamil Həmzəoğlu da iştirak edib və ürək sözlərini bölüşüblər.
Etikxeber.az