Hələ də orden Haqqı tanınmayan İkinci Vətən Müharibəsi Şəhidləri-MİNGƏÇEVİRLİ ŞAHMAR SEYİDOV VƏ AĞDAMLI RÖVŞƏN MEHDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mingəçevirli Şahmar Fikrət oğlu Seyidov və Ağdamlı Rövşən Mehdi oğlu Mehdiyevin doğum günüdür.

Bu gün Şahmar Seyidovun 27, Rövşən Mehdiyevin isə 24 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan Rövşən Mehdiyev 2000-ci ilin fevralın 21-də dünyaya gəlib.

Ailənin dörd övladından, iki qardaşdan biri, həm də subay olub.

Ailəsi Ağdamın işğal altındakı Suma kəndindən və bu səbəbdən də məcburi köçkün olduğu üçün Bərdə rayonuna pənah gətirib, “Türk Qızıl Ay” çadır (qaçqın) şəhərciyində yaşayıb.

2007-2018-ci illərdə Ağdamın Təzəkənd 106 saylı köçkün tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2018-ci ildə hərbi xidmətə çağırılıb və Vətənin keşiyində dayanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinin yanına dönüb və bir müddət sonra yenidən həyatını ordu, hərbi ilə bağlamağa qərar verib.

Kursa yazılıb, kursu müvəffəqiyyətlə başa vurub və MAXE kimi xidmətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də MAXE kimi döyüşlərdə olub və 2020-ci ilin oktyabrın 24-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 25-də Quzanlıda-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Əslən Zərdablı olan Şahmar Seyidov  isə 1997-ci ilin fevral ayının 21-də Mingəçevir şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Bir neçə il öncə atalarını itiriblər.

İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib.

Və oktyabr ayında, Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 12 oktyabr 2020-ci il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Şahmarın da anası Əsməgül Seyidova övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

O, həm də nişanlı olub.

Qardaşı İlkin Seyidovun sonuncu övladı Şahmarın adını daşıyır.

Hər iki Şəhidin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dövlət Vergi Xidmətinin bəzi əməkdaşları təltif edildi, bəzi əməkdaşlarına ali xüsusi rütbələr verildi-SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir