Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir məzarsız, daha bir məzarı boş, itkin Şəhidimiz…
Daha bir Birinci Vətən Müharibəsi Şəhidimiz…
Daha bir İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…
Neftçalalı Birinci Qarabağ Savaşı Şəhidimiz İlham Adil oğlu Dadaşov…
İlham Dadaşov 1973-cü ilin 19 iyun tarixində Neftçala rayonunun Kürkənd kəndində ziyalı ailəsində anadan olub…
Atası, övlad, oğul həsrəti ilə dünyasını dəyişən mərhum Adil kişi ali təhsilli olub…
Anası Elmira xanım isə iki kollec (texnikum) diplomludur…
İlham ailənin 4 övladından, 4 qardaşdan biri, evin ikinci oğlu idi…
Əvvəlcə Kürkənd kəndində orta məktəbə gedib, sonra ərəb-fars dilini bildiyi üçün Bakı şəhərində fəaliyyət göstərən S.C.Pişəvəri adına ərəb-fars təmayüllü məktəbdə (indiki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında) təhsilini davam etdirib…
Orta məktəbi bitirdikdən sonra bir müddət keçmiş sovet ordusunda-keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində xidmət edib…
1991-ci ildə SSRİ-nin süqutu, Azərbaycanın ikinci dəfə müstəqillik qazanması ilə əlaqədar hərbi xidmətini yarımçıq dayandırıb, yenidən Vətəninə, Azərbaycana dönüb…
Həmin vaxt Birinci Qarabağ Savaşının davam etməsi, şiddətlənməsi ilə əlaqədar özü könüllü şəkildə hərbi xidmətə-cəbhəyə yollanıb…
Və 19 yaşının tamamından düz 3 ay sonra, 1992-ci ilin sentyabr ayının 19-da Fərrux yüksəkliyi uğrunda döyüşlər zamanı Şəhid olub…
Amma onun nəşini götürmək mümkün olmayıb, amansız, qəddar düşmən, insanlıqdan nəsibini almayan erməni faşistləri onun nəşini geri qaytarmayıblar…
Həmin vaxtdan ailəsi, xüsusilə, anası Elmira xanım, Elmira Abbasova nə qədər çalışsa da, nə qədər cəhd etsə də, 1992-ci ilin sentyabrından 1993-cü ilin fevralına, o cümlədən 1993-cü ilin yayına, Ağdamın işğalına qədər övladının nəşinini tapmaq üçün hər yeri qarış-qarış gəzsə də, heç bir nəticə əldə edə bilməyib, bütün cəhdləri boşa çıxıb…
Ağdamın işğalı isə Yaralı, Dərdli, övlad həsrətli ananın ümidlərini daha da azaldıb, qırıb…
Və o vaxtdan bu günə kimi-31 ildir İlham Abbasov itkin Şəhidlərimiz siyahısındadır…
Sadəcə, anası az da olsa, təsəlli tapmaq, özünü ovundurmaq üçün övladına boş məzar düzəltdirib…
Hər gün övladının boş məzarını qucaqlayıb, onu əzizləyir, ağı deyir, göz yaşları tökür…
Ancaq ümid sonda ölür deyirlər…
Yaralı, Dərdli, 31 ildir övlad həsrəti ilə qəlbi alışıb-yanan Elmira Ana övladının nə vaxtsa nəşini əldə edəcəyinə ümid edir…
Allah ümidlərini ölməyə qoymasın!
İlham həm də subay olub…
Kürkənd kəndində adını daşıyan küçə var…
***
Şəhidimizin Mələk simalı anası Elmira Ana ilə də bu yaxınlarda daha bir məzarsız Şəhidimizin- Füzulili Tariyel Qənbərovun Anım günündə tanış oldum…
Və sonra daha bir neçə Şəhid məclisində Onunla bir araya gəldim, söhbətləşdim, dərdləşdim…
Ona-Elmira Anaya, Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım…
Böyük Yaradandan ən azı övladının nəşinə qovuşmasını dilədim…
Ona az da olsa, təskinlik, təsəlli verməyə, yaralı qəlbinə su səpməyə çalışdım…
Allah bir daha və bir daha səbrini versin, Şəhid anası Elmira Ananın!
Məqamı Uca olsun, məzarsız-itkin Şəhidimizin!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





