“Hələ heç nə bitməyib…” – QURBAN QURBANOV

Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda, məğlub olduq. 

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb.

Q.Qurbanov uğursuzluğa belə şərh verib:

“Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik…”.

Etikxeber.az

Read Previous

“Təhsilin aşağı düşməsinə imkan verməməliyik…” – QƏNİRƏ PAŞAYEVA – VİDEO

Read Next

Avroliqanın qrup mərhələsinin dördüncü turunun oyunları – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir