Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əgər sən müstəqil siyasət aparırsansa, deməli, güclüsən. İqtisadi cəhətdən güclüsənsə, deməli,siyasi, hərbi cəhətdən də güclüsən. Bu gün Azərbaycanın da, Türkiyənin də gücü ondan ibarətdir ki, hər iki dövlət məhz müstəqil siyasət aparır, hər iki dövlət məhz iqtisadi cəhətdən böyük inkişaf mərhələsi yaşayır.
Etikxeber.az-ın məlumatına görə, bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
O, qeyd edib ki, həmin mustəqil siyasətin aparılmasında, həyata keçirilməsində iştirak edənlərin bir qismi bu tədbirdədirlər:
“Azərbaycanda sahibkarlıq inkişaf edir, bu yöndə qanunlar, normativ aktlar qəbul edilir. Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Eyni zamanda, bilirik ki, bəzən bu prosesdə problemlər meydana çıxır, bürokratik əngəllər olur. Amma bu kimi tədbirlərin keçirilməsi, iş adamlarının birgə müzakirələri, görüşləri imkan verəcək ki, iqtisadiyyatlarımız daha da yaxşı inkişf etsin, daha da güclənsin”.
Z. Səmədzadə hesab edir ki, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür:
“Burada rəqəmlər səsləndi. Onlar çox azdır. Bizim böyük imkanlarımız fonunda bu rəqəmlər azdır. Biz idxalımızın strukturunu dəyişməliyik. Eyni zamanda, ixracımızın strukturunu dəyişməliyik. Bunun üçün siz sahibkarlardan da çox şey asılıdır. Biz çəkinməməliyik. Açıq danışmalıyıq”.
Z.Səmədzadə onu da xatırladıb ki, 2000-ci ildə apardığı araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-ində payı 1 faizdən az, yoxsulluq göstəriciləri isə yüksək olub:
“Ancaq ötən illər ərzində bu rəqəmlərdə, göstəricilərdə müsbətə doğru böyük dəyişikliklər baş verib, yoxsulluğun səviyyəsi dəfələrlə aşağı düşüb, iqtisadi inkişafda artım yaşanıb. Çox sevinirəm ki, bu gün bizim nə qədər birgə, müştərək şirkətlərimiz var. Bunlar çox önəmli məsələlərdir. Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Türkiyə elə layihələr həyata keçirik ki, dünyanın enerji xəritəsini dəyişir”.
Etikxeber.az