Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin (həm də Zəngilan rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Asif oğlu Məhərrəmovun Əbədiyyətə uğurlanmasının üçüncü ilə, Anım Günü ilə bağlı bu gün-7 oktyabr 2023-cü il tarixində-səhər saatlarında Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı 2002-ci il 8 fevral doğumlu və Azərbaycan Ordusunun-cəmi bir neçə ayın Əsgəri olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan verilib, ruhuna bir daha dualar oxunub.
Şəhidin məzarını ziyarətdə və ehsan süfrəsində ailə üzvləri, yaxınları, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindən, ailənin iki oğlan övladından biri və cəmi 18 yaşında Şəhidlik məqamına ucalan Fərid Məhərrəmov subay idi.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
13:45
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





