Həm Bakılı, həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi- atasını erkən itirən, ailənin iki övladından biri olan Vüsal Həsənov: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ VƏ YUBİLEY DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Şabranın Zeyvə kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun yubiley doğum günüdür.

Vüsal Həsənovun bu gün 25 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1997-ci ilin iyul ayının 3-də Bakının Səbail rayonun Badamdar qəsəbəsində dünyaya gələn Vüsal Həsənov ailənin dörd oğlan övladından biri olub.

Vüsal Həsənov  Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbdə təhsil alıb.

 O, 2015-ci ildə Azərbaycan Dəmir Yolu Peşə Liseyinə daxil olub və 2016-cı ilə qədər burada təhsil alıb.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal 2018-ci ilin oktyabr ayında əsgərliyini başa vurub, ailəsinə dönüb.

2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunan Vüsal İkinci Vətən Müharibəsi başlayan ilk dəqiqələrdən döyüşlərə atılıb.

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib.

Axırıncı dəfə isə ailəsi, anası ilə oktyabrın 5-də, axşam saatlarında danışıb.

Sonra ondan xəbər almaq mümkün olmayıb.

O, oktyabr ayının 11-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma uzun müddət, iki aya yaxın ərzində nəşini əldə etmək mümkün olmayıb.

Yalnız dekabr ayında nəşi əldə edilib və dekabrın 3-də Əbədiyyətə uğurlanıb.

Nəşi Şabran rayonunun Zeyvə kəndinin qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Qeyd edək ki, Vüsal iki kiçik yaşlı qardaşını və atasını illər öncə itirib.

Vüsal həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı Bakının Səbail rayonunun Şəhid ailələri, Şəhid anaları, Şabranlı Şəhid ailələri, Qubadan Şəhid Miqdad Abduləlimovun valideynləri, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail və Şabran rayon təşkilatlarının təmsilçiləri, Səbail və Şabran rayon icra hakimiyyətlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin 25 yaşının tamam olması ilə bağlı Zeyvə kəndində məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub, bir daha Şəhidin ailəsinə, anası Mərifət xanıma Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Şəhid anası da öz növbəsində onu-onları belə bir gün tək buraxmadıqları üçün məclis iştirakçılarına, Şəhid analarına minnətdarlığını ifadə edib.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:42

***

FOTOLAR:

MƏZARINI ZİYARƏT…

…VƏ CƏNNƏTDƏKİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM,..

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 36 yeni-YOLUXMA…

Read Next

Şabran Şəhidləri: İki övlad atası, 13 ilin hərbçisi, Xüsusi Təyinatlı Mirbala Rəsulov, evin tək və subay oğlu, 4 medallı Əmirağa Ağayev VƏ AİLƏNİN 3 OĞLAN ÖVLADINDAN BİRİ, 1 ORDEN VƏ 5 MEDALLI XƏYAL HƏSƏNOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir