Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Bakılı, həm də Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Elvin Səxavət oğlu Abasovun doğum günüdür.
Elvin Abasovun bu gün 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elvin Abasov 1993-cü ilin 17 iyun tarixində Şamaxının Çahran kəndində dünyaya gəlib.
Ailədə 3 övlad, 3 qardaş olublar.
Qardaşları ailəli olsalar da, Elvin subay idi.

O, 1999-2010-cu illərdə Bakıda, Xətai rayonunda orta məktəbdə təhsil alıb və orta məktəbi qurtardıqdan sonra texnikuma-Kollecə-Bakı Dövlət Kollecinə daxil olub.
Sonra təhsilini yarımçıq qoyaraq, 2013-cü ilin aprelində həqiqi hərbi xidmətə yollanıb.
Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra təhsilinə qaldığı yerdən davam edib.
İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra isə özü könüllü şəkildə Vətən müdafiəsinə yollanıb.
Döyüş yolu da düz bir ay, oktyabrın 9-dan noyabrın 8-cən çəkib.
Elvin cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb və noyabrın 8-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qarın nahiyəsindən yaralanıb.
Ailəsinə yaralanması xəbəri üç gün sonra, noyabrın 11-də verilib.
14 gündən sonra, noyabrın 22-də isə dünyasını dəyişib, Şəhid olub.
Və elə həmin gün nəşi Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Cənnətdəki dördüncü doğum günü ilə bağlı 16 iyun 2024-cü il tarixində Şamaxının Çarhan kəndində Elvin Abasovun adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi olub.
Mərasimdə Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, Şamaxı şəhər İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək olsun!
Nur içində yatsın!
K.HƏMİDOV
Etikxeber.az