Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Arxalı köpəklər”-ermənilər, onların lobbisi, diasporu…yenə də ənənəvi və daha təhlükəli fitnəkarlıqlarla…məşğuldurlar…
Həmişəki, hər zamankı terrorçu-faşist-rasist…mahiyyətlərinə uyğun şəkildə…
Həm də onlar yüz illərdir planlı-proqramlı “iş” tuturlar, qətiyyən, özbaşına deyillər və əsla, özfəaliyyət göstərmirlər…
Son günlər soydaşlarımıza…qarşı Avropa ölkələrində, ABŞ-da yaşananlar da məhz planlı-proqramlı və məkrli işlərdir…
Yenə də Rusiyanın, İranın, Fransanın, Qərbdəki və digər məkanlardakı, corafiyalardakı ermənipərəst, imperiyapərəst antiAzərbaycan, antiTürk dairələrin, açıq və gizli mərkəzlərin… növbəti təhlükəli “proje”lərində yer alıblar…
12 iyuldan bu yana yaşananlar, dünya miqyaslı layihələrin keçdiyi Azərbaycanın Qərb, Tovuz bölgəsinin…hədəf seçilməsi də təsadüfi deyil…
Liviyada yaşananları Ermənistanın, ermənilərin “dayıları”, “əmiləri”, qatı ermənipərəst Fransa və Rusiya Türkiyəyə və onun ən yaxın müttəfiqi, iki dövlət-bir millət olan Azərbaycana heç cür bağışlamaq istəmirlər, hər addıma gedirlər və sair…
Ona görə həm daxildə, həm xaricdə kifayət qədər planlı-proqramlı, təmkinli və soyuqqanlı davranmalıyıq…
Mərkəzləşdirilmiş şəkildə, koordinasiyalı fəaliyyət sərgiləməliyik…
Xarici İşlər Nazirliyi (XİN), Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi, xaricdəki diplomatik korpuslarımız, nüfuzlu insanlarımız, diaspor təşkilatlarımız hər an, hər saniyə bir-biriləri ilə əlaqəli olmalıdırlar, bir-birilərini məlumatlandırmalıdırlar və ola biləcəklərin qarşısını birlikdə almalıdırlar, dəf etməlidirlər, hadisələrin cərəyan etdiyi ölkələrin, o cümlədən, beynəlxalq təşkilatların qarşısında ciddi məsələlər qaldırmalıdırlar və sair və ilaxır…
Bu günə qədər kimsəyə ağıl öyrətmək kimi, bir fikrim olmayıb və bundan sonra da olmayacaq…
Amma kifayət qədər ehtiyatlı və tədbirli olmalıyıq, hər addımımızı yüz ölçüb-bir biçməliyik…
Ağılla güc birlikdə olmalı və birgə hərəkət etməlidir, heç biri digərini itələməməli, rədd etməməlidir…
Allah cəmi Millətimizi, Azərbaycanımızı, Dövlətimizi, Ordumuzu, Türk Dünyamızı qorusun və bütün cəbhələrdə bütün düşmənlər üzərində son Qələbəyəcən İrəli!!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az