Həm Gürcüstanlı, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri, evin tək, subay və ali təhsilli oğlu Alı Həsənlinin-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, SABAH 29 YAŞI TAMAM OLUR…

Əslən Gürcüstanlı və Bakının Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Alı Nofəl oğlu Həsənlinin doğum günüdür.

Alı Həsənlinin sabah 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan veriləcək.

Qeyd edək ki, əslən Gürcüstanlı olan Alı Həsənli 1995-ci ilin 22 iyun tarixində Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbdə oxuyub.

Orta məktəbi qurtardıqdan sonra, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Geofizika mühəndisliyi fakültəsinə daxil olub və 2016-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Ali təhsilini başa vuran il, 2016-cı ilin iyulunda hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Beyləqan rayonunda xidmət edib.

2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dönüb və 2017-2018-ci illərdə müxtəlif sahələrdə çalışıb.

2018-ci ilin dekabrından isə SOCAR-ın Təhlükəsizlik İdarəsində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb.

2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunan 25 yaşlı Alı İkinci Vətən Müharibəsinin ilk anlarından döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu bir aya yaxın çəkib.

Döyüş yolu Füzuli-Cəbrayıl istiqamətlərində keçib və 2020-ci ilin oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Bakı şəhərində, Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda”  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Alı həm də ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı idi.

O, eyni zamanda, subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət-QƏBUL EDİLDİ

Read Next

“Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”-İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir