Həm Kəlbəcərli, həm də Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi-DAŞQIN ŞƏFİYEVİN BU GÜN 34 YAŞI TAMAM OLUR…

Həm Kəlbəcər, həm də Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Daşqın Hidayət oğlu Şəfiyevin ad günüdür.

Daşqın Şəfiyevin bu gün 34 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Daşqın Şəfiyev 1989-cu ilin avqust ayının 22-də sadə bir ailədə dünyaya gəlib.

Əslən Kəlbəcərli olan Daşqın Şəfiyev ailəsi ilə birlikdə Samuxun Seyidlər kəndində yaşayıb.

Ailədə 4 uşaq olublar.

İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə könüllü qoşulub.

Döyüş yolu cəmi 10 gün çəkib, oktyabrın 25-dən noyabrın 4-dək davam edib və müharibənin başa çatmasına cəmi 6 gün qalmış Laçın istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 5-də yaşadığı evə gətirilib, noyabrın 6-da isə Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Daşqın həm də Seyidlərin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alındı-MN MƏLUMAT YAYDI

Read Next

38 müntəzəm marşrut xətti üzrə 142 avtobusun hərəkət intervalında-GECİKMƏLƏR VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir