Həm özü, həm də iki qardaşı İkinci Vətən Müharibəsi iştirakçısı olan, iki övladı Vətənə əmanət qalan Gizir-SUMQAYITLI ŞƏHİD EMİL İSGƏNDƏROVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Əslən Qubadlı rayonunun Çardaqlı kəndindən olan Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri Emil Vaqif oğlu İsgəndərovun doğum günüdür.

Emil İsgəndərovun bu gün 33 yaşı tamam olur.

Bu, Şəhidin həm də Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Emil İsgəndərov 1990-cı ilin avqust ayının 5-də dünyaya gəlib.

Ailədə 3 qardaşdan biri, evin böyük övladı olub.

Orta məktəbi bitirdikdən sonra, 2008-2010-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını hərb ilə bağlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında fəaliyyətə başlayıb.

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin Giziri olub.

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Cəbrayıl, Qubadlı Şuşa istiqamətlərində döyüşüb.

Emildən başqa digər qardaşları-İsgəndər İsgəndərovƏli İsgəndərov da müharibədə iştirak ediblər.

Atası Vaqif İsgəndərov isə Birinci Qarabağ Savaşının iştirakçısı olub.

Emilin şərəfli döyüş yolu 38 gün çəkib və noyabrın 4-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 12-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra iki medalla təltif olunub.

O, həm də ailəli, iki oğlan atası olub.

2017-ci ildə ailə həyatı quran Emilin İbrahim və Nicat adlı oğlan övladı ailəsinə, Vətəninə əmanət qalıb.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Həmçinin, məzarı üzərində şeirlər səsləndirilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan verilib.

Bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, din xadimləri, hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan “Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin sədri Ülviyyə xanım və Cəmiyyətin bəzi üzvləri, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ordubadın yeni icra başçısı-BU ŞƏXS OLDU…

Read Next

Ötən ilin avqustunda Laçında Şəhidlik məqamına ucalan-ailənin 3 övladından biri olan-SAMİR SƏMƏD OĞLU XUDİYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir