Həm Sumqayıtlı, həm də Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı-BU GÜN 34 YAŞI TAMAM, CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ OLAN ŞƏHRİYAR QULİYEV…

Həm Sumqayət şəhərinin, həm də Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şəhriyar Nəsib oğlu Quliyevin doğum günüdür.

Əfsanəvi Xüsusi Təyinatlı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Xüsusi əməliyyatlar taborunun Giziri Şəhriyar Quliyevin bu gün 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Səhriyar Quliyev 1990-cı ilin 25 may tarixində Ağdam rayonunun Xaçındərbətli kəndində dünyaya gəlib, Ağdamın işğalından sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər

Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub…

Orta məktəbi bitirdikdən, Əsgərliyə getdikdən sonra həyatını birdəfəlik Ordu, hərb ilə bağlayıb, Şəhidliyinə qədər 13 ilin peşəkar hərbçisi olub…

Aprel döyüşlərində iştirak edib…

Milli Qəhrəman Samid İmanovun cənazəsini-nəşini könüllü olaraq,  bir neçə döyüş yoldaşı ilə birlikdə neytral ərazidən çıxarıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, şərəfli döyüş yolu 27 gün çəkib…

 “Bozqurd” ləqəbli Şəhriyar Quliyev Cəbrayılı, Füzuli, Hadrut, Xocavənd və Qubadlıyacan şərəfli döyüş yolu keçib…

Və oktyabr ayının 23-də Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabr ayının 24-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Digər Əfsanəvi Xüsusi Təyinatlı, “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Cəbrayılovla yan-yana dəfn olunub…

Şəhidliyindən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, Şəhidliyindən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif olunub…

O, həm də ailəli olub, iki oğlan övladı-Camal Ramalı Vətəninə əmanət qalıb…

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 34 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki oğlan övladından biri, peşəkar hərbçi, Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif edilən-TƏRTƏRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD MİRZƏLİNİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, SABAH 29 YAŞI TAMAM OLUR…

Read Next

“Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi…”-LUKAŞENKO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir