Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bildiyimiz kimi, YAP İcra Katibinin müavini (artıq istefa verib-red), deputat Siyavuş Novruzov koronavirus pandemiya dövründə karantin qaydalarını və qanunu pozaraq AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əlisəftər oğlunun qızının toy məclisində iştirak etmişdir.
Bu cəmiyyətdə çox ciddi narazılıq yaratmışdır. Həqiqətən də Siyavuş Novruzov və toyda iştirak etmiş digər vəzifəli şəxslərin bu hərəkəti qəbul edilməz və bağışlanmaz hərəkətdir.
YAP tərəfindın Siyavuş Novruzova töhmət verilmişdir, lakin bugün o tutduğu vəzifədən istefa verdiyini bildirdi. Sözsüz ki, bu çox doğru qərardır. İctimaiyyət və partiya üzvləri bu qərarı səbirsizliklə gözləyirdi. Bu partiya Ulu Öndərimizin parlaq ideyaları və onun rəhbərliyi ilə yaradılmışdır. Bu xalqın öz Xilaskarından israrlı tələbi idi. Çünki o dövrdə ölkə dağılmaq təhlükəsində idi.
Xalq da Ümummilli Liderimizin ətrafında birləşmək istəyi ilə ona müraciət edirdi. Həyat da bu müdrik və doğru qərarı sübut etdi. Dahi dövlət adamı Heydər Əliyev ölkəni, müstəqilliyimizi və xalqımızı fəlakətdən qorudu. Bugün hər birimiz bilməliyik ki, necə ki, Müstəqil Dövlətimiz, necə ki, Heydər Əliyev siyasətinin siyasi varisi , möhtərəm Prezidentimiz bizə, xalqımıza müqəddəs əmanətdir, eləcə də YAP bizim hər birimiz üçün əziz əmanətdir.
Eyni zamanda, 800 yüz mindən artıq partiya üzvünün hər bir üzvü bu əmanəti sədaqətlə qorumalı və ona xidmət etməlidir. Hər birimiz gələcəyimiz naminə öz töhfələrimizi etməliyik. Həm şəxsi nümunəmizlə, həm də əmək fəaliyyətimizlə Dövlətçiliyimizə, Partiyamıza xələl gətirməməliyik əksinə, cəmiyyətdə müsbət fikir və rəy formalaşdırmalıyıq. 2003-cü ildən isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-a rəhbərlik edir.
İnsanlar Partiyamızın Sədrinə olan sevgi, inam, etimad və güvəncə görə bu partiyaya üz olmaq üçün müraciət edirlər. Ona görə kimliyindən, tutduğu vəzifədən və nə vaxtsa gördüyü xidmətlərdən asılı olmayaraq Qanunun Aliliyi qarşısında cavab verməlidir.
Ümumiyyətlə, hesab edirəm ki, bu qalmaqallı toy məsələsində, daha doğrusu Pandemiya dövründə AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əlisəftər oğlunun qızının Bakıda keçirilən təntənəli toy mərasimi qanunçuluğa hayqırıdır. Bu toyda iştirak edən dövlət məmurları və deputatlar da qanun daxilində cavab verməli və cəzalandırılmalıdır.
Bu toyda iştirak edən dövlət məmurları və deputatlar cəzalandırılnaqla bərabər ictimaiyyətdən üzür də istəməlidirlər. Koronavirus pandemiyası və karantin qaydalarından əlavə biz Tovuz müharibəsində qəhrəman kimi ər igidlər şəhid vermişik. Sıravi əsgərdən generala qədər. Xalqımızın adət-ənənəsinə görə 40 gün matəm olmalıdır. Həm toy təşkilatçıları və toyda iştirak edənlər şəhid ailələrindən də xəcalət çəkməlidirlər.
Biz Ağsaqqal deyəndə ağarmış saqqal nəzərdə tutmuruq, ağsaqqal müdriklik rəmzidir. Hər alimə və ya hər universitet bitirənə ziyalı deyilmir.
Ziyalının həm də əxlaqı olmalıdır. Və ya siyasətçinin mənəviyyatı olmasa, seçicinin bütün arzuları puç olar.
Bu mənada hər kəs qanun qarşısında cavab verməli və öz günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdırlar.
Məlahət İBRAHİMQIZI,
Millət vəkili
Etikxeber.az