Həm xalası oğlu, həm dostu və sinif yoldaşı, həm də özü İkinci Vətən Müharibəsi Şəhidi olan-GORANBOYLU İLKİN VƏLİYEVİN 28 YAŞI TAMAM OLUR, SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Səfail oğlu Vəliyevin doğum günüdür.

İlkin Vəliyevin sabah 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, İlkin Vəliyev 1996-cı ilin mayın 18-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri olub.

Anasını vaxtsız itirən İlkinin atası Səfail Vəliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının, əfsanəvi Goranboy batalyonunun döyüşçülərindən olub.

İlkin 2002-2013-cü illərdə Qızılhacılı qəsəbə 1 saylı orta məktəbində oxuyub.

2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, Əsgərliyini başa vurandan sonra isə evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinə qatılan İlkin 24 yaşında, oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 26-da Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.

Qeyd edək ki, İlkinin xalası oğlu Nofəl Xaliq oğlu Nuriyev də İkinci Vətən Müharibəsi Şəhidlərindəndir.

Nofəl 2020-ci ilin senyabrında-müharibənin ilk günlərində Şəhid olub, ancaq nəşi oktyabrın 10-da torpağa tapşırılıb.

Eyni zamanda, İlkinin yaxın dostu və sinif yoldaşı, Şəhid ailəsindən olan Kənan Ələkbərli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir.

Kənan isə oktyabrın 11-də Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Nofəl ailəli, 3 uşaq atası, Kənan nişanlı, İlkin isə subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 28 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyevlə Lukaşenko-FÜZULİ VƏ ŞUŞADA… – FOTOLAR – YENİLƏNİB – (12)

Read Next

“Atalarının arzusu ilə hər üç oğlum hərbçi oldu…Sənanım həm də Şəhidliyi seçdi, Vətən yolunda canını fəda etdi…”-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, MAXE, AİLƏNİN BEŞ ÖVLADINDAN BİRİ, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN SƏNAN ƏHMƏDOVUN ANASI ƏZƏT ƏHMƏDOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir