“Həmin ermənilərə müraciət edərək bildirirəm ki…”-TURAL GƏNCƏLİYEV

Dağlıq Qarabağda yaşayan bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bizimlə birlikdə sülh şəraitində yaşamaq istədiklərini bildirirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı deputat, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O, bildirib ki, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın fəaliyyətini yaxından izləyənlərin sırasında Dağlıq Qarabağın erməni sakinləri də var:

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər sakinləri öz ətraflarında birləşdirməlidirlər. Onlar tezliklə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrinin və işğalçı rejimin oradakı mövcudluğuna son qoymalıdırlar. Son dövrlər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentdə Rəsulzadə və PAŞİNYANIN “SƏRSƏMLƏMƏSİ” MÜZAKİRƏ MÖVZUSU OLDU, ERMƏNİSTAN BAŞ NAZİRİNƏ KƏSKİN ETİRAZ BİLDİRİLDİ…

Read Next

“Bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq…”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir