Həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək – HƏSƏNOV

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovnoyabrın 25-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Ə. Həsənov deyib ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar.

Baş nazirin müavini bildirib ki, bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək: “Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil. Bu ölkələr və xalqlar buna yol verməməlidirlər”.

Ə. Həsənov Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşmasının bütünlüklə region, o cümlədən Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri E. Özoral isə Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu, bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayıb. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Türkiyəli diplomat Azərbaycanla qardaşlıq əlaqələrinin daha da yüksək səviyyəyə qaldırılması üçün çalışacağını bildirib. E. Özoral Azərbaycan torpaqlarının işğal altında qalmasının Türkiyə üçün də xoş olmadığını, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinin vacibliyini qeyd edib:

“Türkiyə hər zaman Azərbaycanın yanındadır və problemlərimizi birgə həll etməliyik”.

Gununsesi.info

Read Previous

Lukaşenko: “Belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürəkağrısı ilə yanaşırlar”

Read Next

Saakaşvili Ukrayna xalqını Poroşenkoya etiraza səslədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir