Həmsədr ölkələrinin XİN rəhbərləri Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar

Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.

Etikxeber.az-ın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:

“Biz – Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransa xarici işlər naziri Jan-Mark Ayrault – Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq”.

“Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik”-deyə, bəyanatda sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

Sumqayıt teatrında “Oğru”

Read Next

Xalq rəssamı Elbəy Rzaquliyevin xatirəsi anılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir