Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran, həm də yaxşı Prezidenti olmağı bacaran, hər bir azərbaycanlının qəlbində öz əməlləri ilə sevgi və ehtiram taxtı qurmağı bacaran, hər bir azərbaycanlıya ata, övlad, qardaş, oğul, dost olmağı bacaran, sevimli Prezidentimiz!
Artıq, sadəcə, bölgədə deyil, bütün dünyada nəhəng bir abidə ucalır.
Bu abidənin adı Azərbaycandır.
Böyüyən, inkişaf edən, gündən-günə gözəlləşən, güclənən, dünyadakı mövqelərini möhkəmlədəndirən, böyük hörmət sahibi olan Azərbaycan.
Hər birimiz də Azərbaycanımızla, Azərbaycanımızın bu günü ilə fəxr edirik, qürur duyuruq.
Bu fəxri, bu qüruru bizə yaşatdığı üçün də cənab Prezidentimizə borcluyuq, minnətdarıq.
Cənab Prezident, icazə verin Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.
Sizə bu günə qədər olduğu kimi, bundan sonrakı fəaliyyətinizdə, Azərbaycanımızın bu günü və gələcəyi naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətdə də daha böyük uğurlar arzulayıb, can sağlığı diləyim.
Doğum gününüz mübarək olsun, İlham Heydər oğlu Əliyev!
Jalə ƏLİYEVA,
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor
Etikxeber.az