“Hər bir məsələyə həssas yanaşılır və qaldırılan problemlər yaxın zamanlarda təhlil edilib, aidiyyatı strukturlar qarşısında qaldırılacaq”-DEPUTAT SEÇİCİLƏRİ İLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

3-4 iyun tarixlərində karantin tədbirlərinin şərtlərinə tam əməl etməklə, Biləsuvar rayonunun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, İsmətli, Ağayrı, Günəşli, Çaylı, Aranlı, Çinarlı kəndlərində, hər bir kənddə ayrıca olmaqla seçicilərin qəbulunu həyata keçirdik. Ümumilikdə 10 kənddən 254 vətəndaş qəbul edildi, hər kəs fərdi qaydada dinlənildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, qeyd edib ki, seçicilərin müraciətləri daha çox suvarma suyu, içməli su, kollektor-drenaj sistemi, örüş sahələri, yol, telefon xətti, elektrik və qaz infrastrukturu, məşğulluq məsələləri ilə bağlı oldu, habelə şəxsi problemlərə dair məsələlər qaldırıldı.

“Əmin ola bilərsiz ki, hər bir məsələyə həssas yanaşılır və qaldırılan problemlər yaxın zamanlarda təhlil edilib, aidiyyatı strukturlar qarşısında qaldırılacaq.Hörmətli seçicilər, digər kəndlər və rayon mərkəzində qəbul barədə yaxın iki gündə qrafik elan ediləcək. Bizə inam və ümidlə yanaşan hər bir seçicimizə, habelə karantin qaydalarının təmin edilməsində yüksək peşəkarlıq göstərən Biləsuvar polisinə ayrıca təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Komada olan balaca Yusifə mümkün köməklik üçün aidiyyatı strukturlara müraciət edəcəyəm”-MİLLƏT VƏKİLİ

Read Next

“Virus təhlükəlidir, ancaq özümüzdə də günah var: qoruyucu maskalardan yetərincə istifadə etmirik, karantin rejiminin tələblərinə lazımi səviyyədə məhəl qoymuruq, vaxtından əvvəl arxayınlaşmışıq…”-ELNUR ALLAHVERDİYEVDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir