“Hər birimiz İlham Əliyevə səs verəcəyik” – ARİF RƏHİMZADƏ “NET” DANIŞDI

Fəttah Heydərov və Arif Rəhimzadə prezident seçkilərindən danışdı

meclis-5

Azərbaycanda sabitlik, ölkəmizin inkişafı naminə hər bir millət vəkili eyni zamanda, ölkə Prezidentin müdafiəçisi, vəkili olmalıdır.

fattah

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, millət vəkili Fəttah Heydərov sədr müavini olduğu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin yanvarın 26-da keçirilən iclasında bildirib.

O, bildirib ki, bu gün dünyada çox ağrılı, qorxulu proseslər gedir və ölkəmizi bu proseslərdən kənarda tutmaq üçün ölkə Prezidenti, dövlət rəhbərliyi səviyyəsində çox mühüm addımlar atılır: “Bu gün məhz ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan bölgədə və dünyada təhlükəsizlik və sabitlik adasına çevrilib. Biz də  Milli Məclis, Regionla məsələlər komitəsi olaraq, öz üzərimizə düşən işləri görürük və görməyə çalışırıq. Qarşıdan da çox mühüm bir proses-prezident seçkiləri gəlir. Ona görə hesab edirəm ki, Azərbaycan naminə görülən işlərdə və bu işlərin davam etdirilməsində hər birimiz, hər bir millət vəkili eyni zamanda, ölkə rəhbərinə dəstək, onun vəkili olmalıdır”.

arif-rahimzade

Adıçəkilən komitənin sədri Arif Rəhimzadə də F. Heydərovun fikirlərini və təklifini dəstəkləyərək bildirib ki, 2018-ci il olduqca mühüm ildir:“Bu il ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Hər ötən gün bizi przident seçkilərinə daha da yaxınlaşdırır. Hesab edirəm ki, Azərbaycanda aparılan işlərin daha 5 il də davam etdirilməsi üçün ölkə Prezidentinin növbəti dəfə mandat alması lazımdır. İnanıram və qəti əminəm ki, bu, belə də olacaq. Bizim  hər birimiz də ona səs verəcəyik, onu dəstəkləyəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Gənclər siyasəti ilə bağlı qanun əsaslı şəkildə dəyişdiriləcək… – YENİLƏNİB – (2)

Read Next

Bələdiyyələrlə bağlı bu qanunlara ciddi dəyişikliklər ediləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir