“Hər birimizin, hər bir dindar insanın, hər bir din xadiminin təqsiri var…” – ALLAHŞÜKÜR PAŞAZADƏ

Bu gün Dağlıq Qarabağ problemi ilə, Suriyada, Yəməndə, İraqda, bütövlükdə müsəlman dünyasında baş verən hadisələrlə bağlı məsələlər, eləcə də Avropa ölkələrində antisemitizmin və islamofobiyanın artması dinlərarası qarşıdurmaya gətirib çıxara bilər və bu, bizi narahat etməyə bilməz. Məhz bu səbəbdən biz dünya dini təşkilatlarının rəhbərlərini buraya, Bakıya dəvət edirik.

Etikxeber.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişinin növbəti qonağı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  sədri Şeyxülislam Allahşükür Paşazadə deyib..

O, qeyd edib ki, bu gün antisemitizm, islamofobiya ilə yanaşı, xristianofobiya da yaranıb.

“Bu, Avropada, dünyanın digər regionlarında öz təsdiqini tapır. Əlbəttə, bu, bizi narahat edir. Mənim fikrimcə, burada bizim hər birimizin, hər bir dindar insanın, hər bir din xadiminin təqsiri var. Keçid dövründə, müstəqillik dövründə bəzi yerlərdə İslam bayrağı ilə pərdələnərək terrorizmə, qarşıdurmaya çağırırdılar və yenə çağırırlar. Bu, İslam deyil. İslam sülh və qardaşlıq dinidir. İslam dağıntılara və ölümə deyil, quruculuğa çağırır…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan reallıqlarını Avropa çərçivəsinə salmaq yolverilməzdir” – DEPUTAT

Read Next

“Siyasi Şuranın və İdarə Heyətinin iclasları istənilən vaxt çağırıla bilər…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir