Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Deputat Zahid Oruc Azərbaycanın adına son zamanlar mənfi çalarda hesabatlarına daxil edən beynəlxalq mərkəzlərə sərt münasibət sərgiləyib.
Etikxeber.az xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı həmin dairələri insan alverinin başqa forması, yəni, siyasi istismarla məşğul olmaqda ittiham edib:
“Biz bu gün burda insan alveri qurbanlarından danışırıq. Ancaq Azərbaycana qarşı savaş açan bəzi beynəlxalq mərkəzlər də bu alverin başqa forması ilə məşğul olurlar. Bu gün Azərbaycana qarşı böyük bir çirkab-çamur kampaniyası gedir. O dairələrin ortaya atdığı şəxslərdən biri də Vidadi İsgəndərlidir ki, o hər gün zəhər “qusur”. Bizləri, ailələrimizi siyasi terrorla hədələyir. Qeyd edir ki, onlar Azərbaycanda tezliklə hər şeyi dəyişib məhv edəcəklər”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az