Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn sosial şəbəkədəki hesabında məlumat verib.
O bildirib ki, Həlimə Əliyeva Türkiyədə dünyasını dəyişib.
***
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə isə APA-ya açıqlamasında Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: “Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq”.
Eyni zamanda, Elçibəyin qaynının sözlərinə görə, bacısı son vaxtlar tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış.
“Həlimə xanımın Elçibəyi yad etmədiyi gün yox idi. Onunla bağlı xatirələrini tez-tez dilə gətirirdi. Həyatdır. Hər ikisinin də taleyinə Türkiyədə vəfat etmək yazılıbmış”.
***
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva bu gün dəfn edilib.
Mərhum Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.
Etikxeber.az