“Hər şeyi edəcəyik ki, Mariupolu şəhəri “Avrovizya”nın iştirakçılarını və qonaqlarını qəbul etsin”-ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski “Avrovizya” mahnı müsabiqəsinin Mariupolda keçirilməsi üçün hər şeyi edəcəyinə söz verib.

Etikxeber.az məlumat verir ki, bu barədə “Lenta.ru” saytı məlumat yayıb.

Zelenski bir gün əvvəl keçirilən müsabiqədə Kaluş Orkestrini qələbə münasibətilə təbrik edib.

“Biz hər şeyi edəcəyik ki, Mariupolu şəhəri “Avrovizya”nın iştirakçılarını və qonaqlarını qəbul etsin. Azad, dinc, yenidən qurulmuş şəkildə”– deyə, Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Ukraynanın “Kaluş Orkestri” qrupu 631 balla “Avrovizya 2022” mahnı müsabiqəsinin qalibi olub.

Etikxeber.az

Read Previous

5 yeni-YOLUXMA…

Read Next

Müxalifət ölkəsinin NATO-ya üzv olmasının-ƏLEYHİNƏDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir