“Hərb meydanında, siyasət meydanında olduğu kimi, diplomatiya cəbhəsində də cavablarımız kəskin, birmənalı, sarsıdıcı, məhvedici olmalıdır”-MİLLƏT VƏKİLİ SON TƏYİNATDAN DANIŞDI

Kimisə vəzifəyə təyin etmək, kimisə vəzifəsindən kənarlaşdırmaq yalnız ölkə Prezidentinin səlahiyyətində olan məsələdir. Bu, onun Konstitusion hüququdur. Ona görə də onun seçiminə, təyinatına kimsə müdaxilə edə, qarışa, şərh verə bilməz. Heç kimin buna haqqı yoxdur. Bununla yanaşı, hesab edirəm ki, yeni təyin olunan Xarici İşlər nazirimiz Ceyhun Bayramov ölkənin layiqli kadrlarındandır. Onun Təhsil naziri kimi, təhsil sahəsində gördüyü işlər göz qabağındadır. Bu baxımdan əminəm ki, Ceyhun Bayramov yeni vəzifəsində də ona göstərilən etimadı, ölkə Prezidentinin güvənini tam doğruldacaq, üzərinə düşən son dərəcədə ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla, ləyaqətlə gələcək.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, sonra deyib:

“Ölkə Prezidentinin də sonuncu çıxışında dediildiyi kimi, Azəbaycan diplomatiyası hücüm diplomatiyası olmalıdır, müdafiə, kiminsə xoşuna gələn diplomatiya olmamalıdır. Buna-hücum diplomatiyasına xüsusilə, indiki durumda və reallıqda çox böyük ehtiyac var. Çünki biz bu gün təkcə hərb meydanında deyil, diplomatiya, siyasət meydanında da savaşırıq, mübarizə, müharibə aparıq. Düşmən, işğalçı, təcavüzkar Ermənistana və onu dəstəkləyənlərə, Azərbaycanın üzərinə qaldıranlara qarşı təkcə hərb meydanında cavab vermirik, həm də diplomatiya cəbhəsində cavab veririk. Odur ki, hərb meydanında, siyasət meydanında olduğu kimi, diplomatiya cəbhəsində də cavablarımız kəskin, birmənalı, sərrast, tutarlı, sarsıdıcı, məhvedici olmalıdır.

Bu məsələdə də birbaşa yük, missiya, vəzifə Xarici İşlər Nazirliyimizin (XİN), diplomatlarımızın, səfirliklərimizin, diplomatik korpuslarımızın üzərinə düşür. Bu sahədə görülən işlərin üzərinə kölgə salmadan, onu da bildirməyi vacib sayıram ki, artıq bu istiqamətdə fəaliyyət daha da gücləndirilməli, daha da mütəşəkkil və koordinasiyalı, daha da peşəkar aparılmalıdır. Ətalətə, fəaliyyətsizliyə yer olmamalıdır. Dövlət başçımızın yeni nazirlə videformatda qəbulunda da dediyi kimi, “bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”. Bu baxımdan ümid edirəm və əminəm ki, yeni nazirin gəlişi ilə XİN-in fəaliyyətində əsl canlanma yaranacaq, köhnə xətalar, nöqsanlar təkrarlanmayacaq, qarşıda qoyulan vəzifələr və tapşırıqlar bir-bir uğurlu şəkildə icra ediləcək, ən əsası Azərbaycanın maraqları bütün müstəvilərdə tam təmin ediləcək, Ermənistanın layiq olduğu və haqq etdiyi cəzasına nail olunması mümkünləşəcək”.

20:09, 16 iyul

Etikxeber.az

Read Previous

14 bölgədə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti-AVQUSTUN 5-DƏK UZADILDI, LƏNKƏRAN VƏ SAMUX İSƏ BU DƏFƏ KƏNARDA QALDI…

Read Next

“Tərəfləri münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”-AŞPA PREZİDENTİ SAHİBƏ QAFAROVANIN MÜRACİƏTİNƏ CAVAB VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir