“Hərbçilərimizdəki ruh yüksəkliyi və qələbə əzminin çox yüksək olması bizi sözün əsl mənasında qürurlandırdı”- BƏHRUZ MƏHƏRRƏMOV – MİLLƏT VƏKİLLƏRİ YARALI HƏRBÇİLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏR

3 millət vəkili son döyüşlərdə yaralanan hərbçilərimizə-əsgərlərimizə baş çəkiblər.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda millət vəkili Bəhruz Məhərrəmov məlumat verib.

O, “Milli Məclisin Sədr müavini Adil Əliyev və deputat həmkarım Erkin Qədirli ilə birgə Gəncədə hərbi hospitalda müalicə alan yaralı hərbçilərimizlə görüşdük. Yaralıların hamısının vəziyyəti yaxşıdır, səbrsizliklə sağalıb cəbhəyə qayıtmağı gözləyirlər. Görüş zamanı onların şəxsi problemləri ilə maraqlanıldı, hərbçilərin yeganə xahişi yaralı vəziyyətdəcə geriyə səngərə qayıtarılmaq oldu. Hərbçilərimizdəki ruh yüksəkliyi və qələbə əzminin çox yüksək olması bizi sözün əsl mənasında qürurlandırdı”-deyə, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ceyhun müəllimlə 3 gün öncə danışmışıq…”-MİLLƏT VƏKİLİ YENİ NAZİRİ TƏBRİK ETDİ

Read Next

“Nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib…”-BƏRDƏNİN İCRA BAŞÇISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir