Hərbi attaşelər və xarici jurnalistlər 2 yaşlı Zəhranın yas mərasimində iştirak ediblər

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin yas mərasimində iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, xarici KİV nümayəndələri və hərbi attaşelər yas mərasimində iştirak etmək üçün “Zobucuq-5” qəsəbəsinə gəliblər. Onlar burada təşkil olunan yas mərasiminə qatılıb, həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

Qeyd edək ki, Alxanlı kəndinə səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan,Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.

Etikxeber.az

Read Previous

Mənzildə 80 yaşlı qadının meyiti tapıldı- BAKIDA

Read Next

“Bu, sadəcə söz deyil…” – RAMİZ MEHDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir