Hərbi büdcəmiz 1 milyard da artırılır…

Azərbaycanın 2017-ci il dövlət büdcəsində müdafiə xərcləri artırılıb.

Etikxeber.az xəbər verir ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisinə (MM)  təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il üçün müdafiə xərcləri 1 mlrd. 26 mln. 700 min manat və ya 63,66 artırılaraq 2 mlrd. 642 mln. manat səviyyəsində proqnozlaşdırılıb.

Büdcə layihəsinin yekun versiyasında müdafiə xərclərindən 1 mlrd. 269 mln. 905 min 140 manat müdafiə qüvvələri, 111 mln. 929 min 106 manat milli təhlükəsizlik, 2 mln. 642 min 144 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 mlrd. 257 mln. 616 min 282 manatı digər kateqoriyalara aid edilməyən xərclərə aiddir.

Etikxeber.az

Read Previous

Səfirlik avtomobili qəzaya düşdü

Read Next

Gürcüstan-Rusiya arasında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb – Gömrük Komitəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir