Hərbi qanunvericiliyə dəyişiklik edilə-TƏK OĞLAN ÖVLADLARI HƏRBİ XİDMƏTDƏN AZAD OLUNA BİLƏRMİ? – RƏYLƏR

Hərbi xidmətə, əsgərliyə çağrılan hər bir gəncin hərbi qulluq xidmətini sağ-salamat başa vurub geri qayıtmasında Azərbaycan dövləti maraqlıdır. Bunun üçün bütün addımlar atılır. Onların qulluq şəraiti yaxşılaşdırılır. Onların təhlükəsiz xidmət göstərməsi bütün mexanizmlər fəaliyyətdədir. Valideynlərin hərbi xidmətdə olan övladları ilə görüşməsi üçün şərait yaradılır. Hətta bu koronavirus pandemiyası dövründə çağırış müddəti bir ay da artırıldı ki, infeksiyayaya yoluxma təhlükəsi tamamilə aradan qalxsın.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi, tək oğlan ovladların hərbi xidmətdən azad olunması yönündə parlamentdə və mediada səsləndirilən fikirlərə münasibətini bildərkən deyib.

Millət vəkili bildirib ki, ailənin tək oğlan övladının hərbi xidmətdən azad olunması ilə bağlı vaxtaşırı təkliflər səsləndirilir.

“Hesab edirəm ki, belə təkliflər müzakirə edilə bilərlər. Bunun mexanizminin, eyni zamanda, tək övladlardan hərbi xidmətin hansı formasında istifadə edilməsin geniş surətdə müzakirə olunmasının tərəfdarıyam”-deyə, millət vəkili bildirib.

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, gələcəkdə bu məsələyə baxmaq və müvafiq qərar vermək olar.

“Bildiyiniz kimi, indi ölkəmiz müharibə şəraitindədir. Bu addıma indilikdə getmək bir qədər çətin görünür. Təbii, heç birimiz istəmərik ki, kiminsə övladının başına nəsə gəlsin, kiminsə övladı yaralansın və ya şəhid olsun. Bunu heç birimiz arzulamırıq və istəmirik. İstəyirik və dövlət olaraq çalışırıq ki, üzvləşdiyimiz, zorla cəlb olunduğumuz münaqişə dinc yolla, danışıqlar vasitəsilə müsbət və ədalətli həllini tapsın. Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi, yürütdüyü siyasət, Azərbaycan diplomatiyası da məhz bu istiqamətdədir. Biz münaqişənin danışıqlar yolu ilə həllində maraqlıyıq və bunun üçün hər bir addımı atırıq.

Amma təəssüflər olsun ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistan və onun rəhbərliyi bunu istəmir, münaqişənin uzadılmasında, dondurulmasında, həll olunmamasında maraqlıdır. Odur ki, indiki dönəmdə ailənin tək oğlan övladının hərbi xidmətdən azad olunması bir qədər çətinləşir. Amma gələcək dönəmdə bu məsələyə baxıla və müvafiq qərar verilə bilər. Bu da istisna deyil. Bununla yanası, dövlətimiz, hərbi strukturlarımız Azərbaycan balalarının öz hərbi xidmətlərini sağ-salamat başa vurmaları üçün bütün addımları atırlar və bundan sonra da atacaqlar”-deyə, millət vəkili daha sonra bildirib.

Etikxeber.az

Read Previous

“Bütün məsuliyyət tamamilə Ermənistanın üzərindədir”-XİN-DƏN PAŞİNYANA CAVAB

Read Next

“Rəsulzadə Paşinyanın babası və Qaregin Njde kimi hərbi cinayətlərdə iştirak etməyib”-ASİM MOLLAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir