Hərbi sahə iki ölkə arasında əsas əməkdaşlıq sferalarından biridir – ABŞ rəsmisi

ABŞ Azərbaycan ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir.

Etikxeber.az  xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 1-də Bakıda keçirdiyi brifinqdə deyib. O, səfəri zamanı keçirdiyi görüşlərdə ABŞ Müdafiə Departamenti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıqla bağlı müzakirələr aparıldığını deyib.

Maykl Karpenter ölkəsinin müdafiə sahəsində Azərbaycan ilə geniş əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, hərbi sahə iki ölkə arasında əsas əməkdaşlıq sferalarından biridir.

O, Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Maykl Karpenter 11 sentyabr hadisəsi zamanı Azərbaycanın ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

ABŞ rəsmisi əlavə edib deyib ki, ölkəsi regionda sülhün və təhlükəsizliyin təminatında maraqlıdır.

Etikxeber.az

Read Previous

Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron yarımadasında açıq paketli rəqəmli televiziya yayımına keçildi

Read Next

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir