Hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

meclis-5

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov deyib ki,  təklif edilən əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

Onun sözlərinə görə, qanuna o da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Komitə sədri bu yerdə bir məqamdan da narazılığını gizlətməyib:

“Bəzən görürsən ki, bəzi millət vəkilləri vaxtilə səs verdiklərə sənədə yenidən münasibət bildirirlər. Hansı ki, həmin sənəd qüvvədədir və o, zamanında müzakirələrdən keçirilərək, qəbul edilib. Ona təzədən münasibət bildirməyinə nə ehtiyac var?!”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

“Yüksələn Azərbaycan, müasirləşən Azərbaycan İlham Əliyevin şah əsəridir” – AKADEMİK

Read Next

Daha 3 qanun hərbi vəziyyətlə bağlı dəyişdirilir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir