“Hətta müharibə zamanı deyirdi ki, ana, müharibə qurtarsın, qayıdıb gəlim, mütləq hərbçi olacağam… O dərəcədə hərb sənətini sevirdi…”-AİLƏNİN 5 ÖVLADINDAN BİRİ, SUBAY, HƏM HACIQABULLU, HƏM DƏ KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏNSUR AĞAYEVİN ANASI MƏNSURƏ AĞAYEVA – FOTOLAR

Mansur Ağa oğlu Ağayev…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində canı, qanı ilə İgidlik, Qəhrəmanlıq Dastanı yazan Vətən fədailərimizdən biri…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Cəmi 26 yaşında canından çox sevdiyi Vətəni yolunda canını fəda edən Vətən övladımız, Nur üzlü Şəhidimiz…

Mansur 1994-cü ilin iyul ayının 29-da Hacıqabul rayonunun Padar kəndində sadə bir ailə dünyaya gəlib…

Ailənin beş övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən bir müddət sonra Qazax rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Azərbaycan Ordusunun Əsgəri kimi xidmət edib…

Əsgərliyini bitirdikdən sonra evinə-ailəsinə dönüb…

İşə girib, mühafizəçi vəzifəsində çalışıb…

2020-ci ilin sentyabrın 21-də isə hərbi səfərbərliyə cəlb olunub…

Və İkinci Vətən Müharibəsi başlayan gündən Şuşa şəhəri düşmən işğalından azad olan günəcən döyüşlərdə iştirak edib…

Axırıncı dəfə də Şuşa şəhəri işğaldan azad olunan gün, noyabrın 8-də ailə üzvləri, anası Mənsurə xanımla danışıb…

Və cəmi saatlar sonra Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, noyabrın 9-da ata yurdu olan Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Hazırda Padar kəndində adını daşıyan küçə var…

Ailəsi isə Padar kənd orta məktəbinə bu kəndin yeganə İkinci Vətən Müharibəsi Şəhidi olan övladlarının adının verilməsini istəyirlər…

Mənsur həm də subay olub…

***

Bu gün-29 avqust 2023-cü il tarixində Sığırlı kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Ziya Zabil oğlu Nurməmmədovun Cənnətdəki üçüncü doğum günü mərasimində Şəhidimizin valideynləri-anası Mənsurə xanım və atası Ağa kişi ilə tanış oldum…

Onlarla bir xeyli söhbətləşdim, dərdləşdim…

Onlara Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizin anası Mənsurə xanımın, Mənsurə Ağayevanın dediklərindən:

“Mənsur uşaqlıqdan hərbçi olmaq istəyirdi…Hərb sənətinə böyük marağı var idi…Amma təəssüf ki, bu arzusunu gerçəkləşdirə bilmədim…Bununla belə, hərbə olan marağı bir an belə azalmadı…Hətta müharibə zamanı deyirdi ki, ana, müharibə qurtarsın, qayıdıb gəlim, mütləq hərbçi olacağam… O dərəcədə hərb sənətini sevirdi…”

Ruhu şad, dərgahı mübarək olsun, Nur üzlü Şəhidimizin!

Allah bir daha və bir daha ailəsinin, əzizlərinin səbr və dözümünü versin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, 20 yaşında Şəhidlik məqamına ucalan-AĞCABƏDİLİ MİRAĞA ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ BAKIDA XATİRƏSİ ANILDI, TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir